Məhkəmə qərarları › İş №8(021)-147/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-147/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-147/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədi üzrə əmlak üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023cü il tarixli ******* saylı icra sənədi üzrə Borclu 700 manat məbləğində inzibati cərimə və dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700(yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, istehsal ili 1993-cü il olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyəti kimi qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz 2628 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar