Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-15/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində “Opel Astra” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və “BMW X-5” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1068/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 4060 manat pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Elektron icra sistemi çıxarışından Borclu mülkiyyətində “BMW X-5” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillər olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə tələb cavabdeh Borclu məxsus “Opel Astra” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və “BMW X-5” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilmişdir. Bərdə rayon Məhkəməsinin 8(021)-601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehə məxsus sözügedən əmlakların üzərinə həbs qoyulmuşdur. Borclu tərəfindən icra sənədi üzrə tələb tam şəkildə təmin edilmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1068/2023 nömrəli icra vərəqəsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3065/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu 4000 manat məbləğində sığorta ödənişi və 60,40 manat dövlət rüsumu, cəmi 4060,40 manat məbləğdə pul alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-601/2023 nömrəli qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1068/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 məxsus “Opel Astra” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və “BMW X-5” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş ərizədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1068/2023 saylı, xx.xx.2023 tarixli qətnaməsinə dair icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1068/2023 saylı, xx.xx.2023 tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu avtomobillərinin üzərində qoyulmuş həbsin saxlanmasına artıq heç bir zərurət qalmamışdır. Çünki icra sənədi üzrə tələb ödənilmiş və icra icraatına xitam verilmişdir. Buna görə təqdimat təmin edilməli və borcluya məxsus əmlakların üzərindən qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və “BMW X-5” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-15/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-15/2024
23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver