Məhkəmə qərarları › İş №8(021)-151/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-151/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-151/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X8 iclas katibliyi ilə, X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv olunması və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı qətnaməsinə əsasən borclu X4 350 manat pul alınaraq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Sonradan icra işi dayandırılmış, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə zərurəti yaranmışdır. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına tərəflər gəlməmişlər.Məhkəmə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 2329/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, cavabdeh X4 62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədinə əsasən borclu X4 350 manat pul alınaraq X1 xeyrinə ödənilməsi qət olunmuş, lakin sonradan icra sənədi məhkəməyə tələbkarın ərizəsi əsasında geri qaytarılmışdır. Borclu öz öhdəliklərini icra etmədiyinə görə tələbkarın müraciəti əsasında icra sənədinin yenidən icraata yönəldilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: X1 ərizəsi təmin edildin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında ”qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2329/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar