Məhkəmə qərarları › İş №8(021)-155/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-155/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-155/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Tələbkar «X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-6802/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Tələbkar «X5 Azərbaycan” QSC ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-6802/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkar «X5 Azərbaycan” QSC-nin ərizəsi geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəmçəsinin 2(021)-6802/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsi əsasında məhkəməyə qaytarılmışdır. Qeyd edilən icra sənədi əsasında borclu X1 tələbkar «X5 Azərbaycan” QSC-yə 183.43 manat məbləğində qalıq borcu vardır. Borclunun halhazırda işləməsi barədə tərəflərindən məlumat əldə edilmişdir. Yuxarıda qeyd edilən məlumatlar əsasında, Bərdə Rayon Məhkəmçəsinin 2(021)-6802/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatının dayandırılmasında dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilməsi, icra sənədinin təkrar Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini, tələbkara məlumat verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. ərizədə isə qeyri müəyyən formada icraatın dayandırılması barədə qərarın ləğv edilməsi xahiş olunmuş, təsviri hissəsində isə icra sənədinin qaytarılması göstərilmişdir. Beləliklə tələbkarın ərizədə göstərdikləri bir-birinə zidd məlumatlar olmuşdur. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması və ya icraatının dayandırılması məlum deyildir. Bundan başqa məhkəməyə ərizə ya etibarnamə əsasında vəkil, yaxud da etibarnamə əsasında əsas iş yeri “X5 Azərbaycan” QSC olan işçi müraciət edə bilər. Hazırki halda "xxxx" MMC-nin direktorunun “X5 Azərbaycan” QSC adından ərizə vermək səlahiyyəti mövcud deyil. Odur ki, ərizə düzgün formada tərtib olunmamışdır və səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəyə əlavə olunmuş etibarnamə lazımi qaydada təqdim olunmayaraq kserosurətdən ibarətdir. Həmçinin, qeyd edilən etibarnamə “X5 Azərbaycan” QSC tərəfindən öz işçilərinə deyil, "xxxx" MMC-nin əməkdaşlarına verilmişdir. Bu hal isə etibarnamənin lazımi qaydada təsdiq edilmədiyini göstərir. Belə ki, MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tələbkar «X5 Azərbaycan” QSC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-6802/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar «X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-6802/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan elan edildiyi vaxtdan 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar