Məhkəmə qərarları › İş №8(021)-157/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-157/2024

25.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-157/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 iştirakları ilə, X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1413/2023 nömrəli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə verərək, Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Bərdə rayon məhkəməsinin 2(021)-1413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə) iddiaçı) X8 və üçüncü şəxs Bərdə rayon Soqanverdilər bələdiyyəsinə qarşı “evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair” ilkin və qarşılıqlı iddia üzrə idiaçı (ilk iddia üzrə cavabdeh) X4 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) X6 qarşı “torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi tələbinə dair” qarşılıqlı iddia üzrə mülki işə xx.xx.2023-cü il tarixdə baxılaraq 2(021)-1413/2023 saylı məhkəmə qətnaməsi qəbul olunmuşdur və mülki iş icra olunması üçün Bərdə rayon İcra v probasiya şöbəsinə göndərilmişdir. Mülki i iş icraatında olan icra məmuru icra vərəqəsini tam olaraq icra etmiş və Sahib Cəfərov qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən çıxmışdır. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bərdə rayon İcra və probasiya şpbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Bərdə rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin borclu X7 yenidən torpaq sahəsini zəbt etmişdir və icra vərəqəsi üzrə olan tələbi pozmuşdur. Bunun üçündə hal-hazırda xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilərək mülki işin yenidən icra olunmasını istəyir. Odur ki, xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv dilərək, Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 2(021)- 1413/ 2023 saylı məhkəmə qətnaməsi üzrə olan icra vərəqəsinin yenidən icra olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1975ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin icraatına xitam verilsədə borclu üzərinə düşən vəzifələri icra etmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı icra edilsə borclu və onun yaxın qohumları olan digər (üçüncü) şəxslər tərəfindən icra sənədinin icrasına maneə törədildiyindən icra sənədinin yenidən icrasının təmini məqsədilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun xx.xx.2024-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)1413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar