Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-158/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Bərdə rayon məhkəməsinin e-2(021)-3115/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq qərarının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin e-2(021)-3115/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin o, Bərdə rayon məhkəməsinin qəbul etdiyi qətnaməsindən apellyasiya şikayəti vermişdir, hesab edir ki, həmin iş yekunlaşana qədər icra sənədi üzrə icraatın dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və icra məmuruna müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)- 3115/2023 nömrəli qərarından görünür ki, iddiaçı "X13 Kredit Teşkilatı" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X8 ve X3 "X13 Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclu ilə "xxxx" ASC arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli MR0017023-2022 nömrəli kredit ve ZM-1 MR0017023-2022 saylı zaminlik müqavilələrinə əsasən ödənilməmiş 4843.79 manat məbləğində əsas borcu, 409.95 manat faiz borcu, cəmi 5253.74 manat məbləğində borcun, 73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(021)- 3115/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.Cavabdeh X7 qeyd olunan Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(021)-3115/2023 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, şikayəti geri qaytarılmışdır. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclular X5 və X9 borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-ci il tarixli tələin könüllü icrası haqqında bildirişindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclular X5 və X9 borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icraatın dayandırılması üçün nəzərdə tutulmuş hallar hazırkı iş materiallarında öz əksini tapmamış, Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(021)- 3115/2023 nömrəli icra sənədi üzrə X2 ərizəsinə icraatın dayandırılması üçün əsas ola biləcək sübutlar təqdim etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(021)-3115/2023 nömrəli tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1 ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(021)-3115/2023 nömrəli tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1 ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinəşikayət verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-158/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-158/2024
18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver