Məhkəmə qərarları › İş №8(021)-16/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-16/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-16/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X14 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X21 Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 məhkəməyə təqdimatla müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1758/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 2000 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlanılmış, qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə uyğun olaraq Borclu məcburi qaydada Bərdə rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Borclu xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Gərənə kəndində anadan olmuşdur. Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu Ə/D, Türkmən kəndində yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1758/2019 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər X10 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(021)- 758/2018 nömrəli qətnaməsi ləğv edilməli, ilkin iddia üzrə iddiaçı Borclu cavabdehlər X11 və X4 qarşı ona məxsus ev əşyalarının və cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində tikilmiş tikililərə çəkilmiş xərcin naturada, yaxud onların dəyəri olan 16369 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiası qismən təmin edilməli, dəyəri 500 manat olan 1 ədəd 24 kv-lıq kondisonerin (LG), dəyəri 720 manat olan 1 (Saratov), dəyəri 350 manat olan 1 ədəd 32 diaqanallı televizorun (Supra), dəyəri 600 manat ədəd 5 kq-lıq paltaryuyan maşının (LG), dəyəri 800 manat olan 1 ədəd iki qapılı soyuducunun dəyəri 480 manat olan 1 ədəd 3 metrlik mətbəx mebelinin, dəyəri 200 olan 1 divan 2 kreslo (Tülpan) dəstinin, dəyəri 250 manat olan 3 m x 2,50 m ölçüdə 1 ədəd manat olan 10 metr uzunluğunda tül pərdənin, dəyəri 150 manat olan 1 ədəd 5 lampalı çıl-çıraqın (lüstur), dəyəri 120 manat olan 1 ədəd şüşədən televizor altlığının, dəyəri 600 manat olan 1 ədəd servantın, dəyəri 650 manat olan 1 ədəd 3 qapılı şifonerin ümumi dəyəri olan 5420 manatın hissəsi ½ hissəsi 2710 manat, dəyəri 450 manat olan 6 m x 3,50 m ölçüdə 1 ədəd gəbə (Türkiyə istesalı), 160 manat dəyərində (birinin dəyəri 80 manat) 2 ədəd döşək, 100 manat dəyərində (birinin dəyəri 50 manat) 2 ədəd yorğan və 150 manat dəyərində (birinin dəyəri 30 manat) 5 ədəd yastıq, həmin əmlaklar naturada olmadıqda onların dəyəri və tikinti işlərinə xərclənmiş 7613 manatın ½ hissəsi 3806,50 manat ilkin iddia üzrə iddiaçı Borclu verilməli, ilkin iddia cavabdeh X5 aid, eləcə də qalan hissədə təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh Borclu 20000 manat alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı X4 verilməli, eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Borclu alınaraq X4 verilməli, qarşılıqlı iddia üzrə iddiaçı X3 iddiası, eləcɔdə qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Borclu, 50 manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(102) 7967/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019cu il tarixli 2(104)-1758/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, ərizəçi (borclu) Borclu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurları X15, X7, hal şahidləri X19, X6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1758/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı ailəni zəruri istifadədən artıq həbs qoyulub götürülə biləcək əmlak aşkar edilmədi. Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7, hal şahidləri X20 və X13 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, icra sənədi üzrə Borclu icra şöbəsində olarkən rəsmi-bildiriş, xəbərdarlıq qəbul etməkdən imtina etdi, həmçinin izahat verməkdən boyun qaçırdı. İcra məmurunun göstərişinə tabe olmadı. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə borcluya dəfələrlə xəbərdarlıqlar edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. "Cəfərov Azərbaycana qarşı" iş üzrə 11 fevral 2010-cu il tarixli və "Cəfərli və digərləri Azərbaycana qarşı" 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X9 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-11). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” qanun, borclunun məcburi gətirilməsi icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə о deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunduğundan, Borclu məcburi gətirilməsi üçün əsaslar mövcuddur və bu barədə Bərdə Rayon İcra Şöbəsinin icra məmuru X12 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatı təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru X12 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatı təmin edilsin. xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Gərənə kəndində doğulmuş, Bərdə rayon Mirzəxan Qaraqoyunlu Ə/D, Türkmən kəndində yaşayan və qeydiyyatda olan Borclu Bərdə rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar