Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-16/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Borclu Bərdə rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)-1890 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması, 28 avqust 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)1890/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 3500 manat alınaraq mənə verilməlidir lakin, Borclu vəfat etdiyindən onun vərəsəsi müəyyən olunmuşdur. Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1551/2024 saylı qətnaməsinə əsasən mərhum Borclu vərəsəsi X6 və X11 müəyyən edilmişdir.Bu səbəbdən də icra işinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında X2 bildirdi ki rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunması, 28 avqust 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon icra və Probasiya şöbəsinə məlumat verilmişdir ancaq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişləri vasitəsi ilə məlumat göndərilsə də, borclular X6 və X11 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə borclularnın iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon məhkəməsinin 28 avqust 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 3500 manat məbləğində pul alınaraq iddiaçı X5 verilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)-1890/2015-ci il saylı icra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış, ona məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədiyi səbəbi ilə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etdi ki, Bərdə rayon məhkəməsinin 28 avqust 2015-ci il -ci il tarixli 2(021)-1890/2015-ci il saylı icra vərəqəsi Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunmalı, Bərdə rayon məhkəməsinin 24 noyabr 2022-ci il icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunsun. Bərdə rayon məhkəməsinin 28 avqust 2015-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-16/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-16/2025
10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver