Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-162/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-797/23 saylı icra sənədi üzrə əmlak üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-797/23 saylı icra sənədi üzrə Borclu məxsus olan VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-797/23 saylı icra sənədi üzrə 2250 manat pulun cavabdeh Borclu alınaraq iddiaçı X3 verilməsi qət olunmuşdur.Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-797/23 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 2250 manat pulun cavabdeh Borclu alınaraq iddiaçı X3 verilməsi qət olunmuşdur. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində istehsal ili 2003-cü il olan VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)- 797/23 saylı icra sənədi üzrə Borclu məxsus olan VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-797/23 saylı icra sənədi üzrə Borclu məxsus olan VAZ 2106 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-162/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-162/2024
18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver