Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-164/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Tələbkar YapıkrediBank Azərbaycan QSC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014cü il tarixli 2(021)-2626/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Tələbkar YapıkrediBank Azərbaycan QSC ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2626/2014 saylı saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası müxtəlif səbəblərdən təmin edilməmiş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Buna görə də, Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2626/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi düzgün olmayan xahişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəyə əlavə olunmuş etibarnamə lazımi qaydada təqdim olunmayaraq kserosurətdən ibarətdir. Bundan başqa ərizədə qeyd olunmuşdur ki, borclu hazırda pensiya alır. Lakin ərizəyə borclunun pensiya almasını təsdiq edən sənəd əlavə olunmamışdır. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığna görə hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tələbkar YapıkrediBank Azərbaycan QSC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2626/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar YapıkrediBank Azərbaycan QSC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014cü il tarixli 2(021)-2626/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-164/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-164/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver