Məhkəmə qərarları › İş №8(021)-168/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-168/2024

30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-168/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 925.95 manat məbləğində kredit borcu tutularaq tələbkar Finca Azərbaycan MM QBKT-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam ödənildiyindən Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına tələbkar, borclular, icra məmuru gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş, Bərdə rayonu Tumaslı kəndində yaşayan Borclu, xx.xx.1960-ci il tarixdə anadan olmuş, Bərdə rayonu Tumaslı kəndində yaşayan X1,müştərək qaydada 913.95 manat əsaskredit borcu, 127 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Bərdə şəhəri H.Əliyev prospekti 94 A ünvanda yerləşən FİNCA X2 Qeyri Bank Kredit Təşkilatının hesabına keçirilməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus olan VAZ- 21011 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş tələbkar Finca Azərbaycan MM QBKT tərəfindən Bərdə rayon icra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədə kredit müqaviləsi üzrə borclular tərəfindən banka olan borc tam olaraq ödənildiyinə görə icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Təqdimata əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu qeyd olunmaqla, Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016 -cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc tam ödənildiyindən Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadın ləğv olunması və Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)- 163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməli, Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016 -cı il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-163/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilsin. Bərdə rayon məhkəməsinin 2(021)-7142/2016 saylı xx.xx.2016 -cı il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ-21011 minik markalı **-BM-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar