Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-17/2024 22.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi. X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4, X5 yaşadıqları mərhum X7 və mərhum Məhərrəmova Ana (Aşa) qızının istifadəsində olan evə köçürülməsinə dair Bərdə rayon məhkəməsinə qətnamələrinə əsasən 2022- ci ilə kimi sözügedən evdə yaşamışdır. Belə ki, 2015-ci ildən 2(021) 1235 saylı məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin evə köçürülsə də 2018-ci ildə imkan verməmişdilər. Bundan sonra Bərdə İcra Şöbəsinin qərarı ləğv edilərək icra işi təzələnmişdir. xx.xx.2018-ci il tarixdə yenidən Bərdə rayon Nəcəfqulubəyli kəndindəki yaşayış hüququm olan evə köçürülmüş və Bərdə icra və probasiya şöbəsi xx.xx.2018-ci ildə sözügedən qərarın icraatına xitam vermişdir. Lakin həmin evdə işıq və qaz sayğacı quraşdırmağına imkan vermədikləri üçün 1 aydan çox soyuqdan qorunmaq üçün müvəqqəti qohumunun evinə getmiş, lakin xx.xx.2022-ci ildə yaşadığı evə getmiş, əşyalarına baxmaq istəmiş, ona məxsus evin qapısına vurmuş olduğu kilidin açıldığını görmüş, və onu həmin evə buraxmamışlar. Borclular qərəzli olaraq məhkəmə qətnaməsinə qəsdən və qərəzli maneçilik yaradırlar. Sözügedən evdə 1996-cı ildən yaşayır, məcburi köçkündür. Halbuki örmətli Prezidentimizin məlum sərəncamı var ki 1992-ci ildən 1998-ci ilə kimi məcburi köçkünlər öz yerlərinə qayıdana kimi və yaxud yeni evlərlə təmin edilənə kimi yaşadıqları yerdən köçürülmə və çıxarılma hallarına yol verilməsin. Halbuki MPM-nin 15-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Bərdə icra və probasiya şöbəsinin icra məmuru Validə Hümbətova onu evə köçürmək üçün sözügedən evə getmiş, həmin vaxt evin dam çardağı dəyişdirilir, digər təmir işləri aparılırdı. O, şifahi xahiş etmişdir ki, işin icrasını müvəqqəti təxirə alasınız ki, təmir başa çatsın. Lakin xx.xx.2024-cü il tarixdə ona məlum oldu ki , icra məmuru həmin günü işin asan yolunu işi məhkəməyə qaytarmaqda görüb və xx.xx.2023- cü il tarixdə qəbul etdiyi qərarı ona göndərməyib. Ancaq xx.xx.2024-cü il tarixdə özünün təkidi ilə qərarını surətini ala bilmişdir. Köçürülməli olduğu evin damı vurulub normal şəraitə salınıb. Evdə heç bir söküntü işi olmamışdır və hazırda da əşyaları ordadır. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-17/2024-001 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-17/2024-001 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından ərizəçi X8 məhkəməyə şikayət edərək, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 8(021)-17/2024 saylı qərardadının ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(021)-17/2024 qərardadı ilə ərizəçi X3 Bərdə Rayon Məhkəməsinin 8(021)-17/2024-001 saylı, 01 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-56/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi X8 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 8(021)-17/2024-001 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı tam, onunla bağlı xx.xx.2024-cü il tarixli 8(021)-17/2024 tarixli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, ərizəçi X8 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X8 məhkəməyə fotoşəkillər təqdim edərək bildirdi ki, köçmək istədiyi ev yaşamağa yararalıdır. Evin içərisini özü təmin etdirmişdir. Evin üstü əvvəl köhnə şifer idi indi onu dəyişiblər. Hazırda evdə yaşayış vardır. Həyətin darvazasına qıfıl vururlar ki, guya yaşayış yoxdur. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməli və Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, icra sənədi üzrə tələbin təmin olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə icra prosesi təyin olunmuş və göstərilən ünvana baxış keçirilmişdir. İcra prosesi zamanı yaşayışa yararlı ev aşkar olunmamış və bu barədə akt tərtib olunmuş, icra sənədi üzrə heç bir icra tədbiri görmək mümkün olmadığına görə icra sənədi Bərdə rayon məhkəməsinə qaytarılmışdır. Lakin məhkəmə iclasında X2 tərəfindən təqdim edilmiş, foto-şəkillərdən görünür ki, köçmək istədiyi ev yaşamağa yararlıdır. “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235/2015 saylı icra sənədinin yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-17/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-17/2024
22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver