Məhkəmə qərarları › İş №8(021)-17/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-17/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-17/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Bərdə rayon məhkəməsinin 24 noyabr 2023-cü tarixli 2(021)-3119/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması, Bərdə rayon məhkəməsinin 24 noyabr 2022-ci tarixli 2(021)-3119/2023 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021) 3119/2023 saylı qətnaməsinə əsasən borclu X5 18990 manat tutularaq tələbkar X9, X4 xeyrinə ödənilməlidir. Həmin icra sənədi Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 icraatına daxil olmuşdur. Belə ki,icra məmuru tərəfindən 18 iyul 2024-cü il tarixində icra sənədinin geri qaytarılması barədə qərar qəbul edilmiş, həmin qərarda göstərilmişdir ki, borclu X10 barəsində bütün qanuna uyğun müvafiq məcburi icra tədbirləri görülmüş lakin, nəticə verməmişdir. Hesab edir ki, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraatında olan Bərdə rayon Məhkəməsinin 2(021)-3119/2022 saylı 24 noyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul etdiyi 18 iyul 2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon məhkəməsinin icra vərəqəsindən görünür ki, borclu X5 11850 manat məbləğində pul alınaq tələbkar X7, 7140 manat məbəğində pul alınaraq X4 xeyrinə tutulmalıdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, Bərdə rayon məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddələrinə əsasən Bərdə rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etdi ki 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 icra vərəqəsi icra olunması üçün icra şöbəsinə göndərilmiş, lakin Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və 23.1.3-cü maddələrinə əsasən Bərdə rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada anuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunmalı, Bərdə rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunsun. Bərdə rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar