Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-170/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X8 Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ 2104 minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 3406/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 260 manat aliment tutularaq tələkar X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ 2104 minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkarın ərizəsi əsasında icra sənədi məhkəməyə geri qaytarılmışdır. Odur ki, Borclu mülkiyyətində olan VAZ 2104 minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına tələbkar, borclu və icra məmuru gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 3406/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-1882/11saylı qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Borclu tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Borclu hər ay 130 manat aliment X3 xeyrinə tutulması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu hər ay 130 manat aliment X3 xeyrinə tutulması, Borclu dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması qət olunmuşdur . Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3406/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu adına qeydə alınmış VAZ 2104 minik markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş tələbkar X7 tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, tələbkar X7 Borclu məxsus nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi məqsədi ilə icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, tələbkar X3 ərizəsi əsasında Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3406/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə görə, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3406/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ 2104 minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-134/21 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3406/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ 2104 minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün . Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-170/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-170/2024
30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver