Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-171/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətovanın təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-348 nömrəli qərardadı üzrə Borclu adına olan “Kamaz-53212” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3428/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-348 nömrəli qərardadı ilə Borclu adına olan “Kamaz-53212” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu "xxxx" ASC-yə olan borcunu tam şəkildə ödənmiş və heç bir borcu qalmamışdır. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-348 nömrəli qərardadı üzrə Borclu adına olan “Kamaz- 53212” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında ola arayışdan görünür ki, Borclu "xxxx" ASC-yə olan borcu tam şəkildə ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədi üzrə tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bərdə rayon Məhkəməsinin 2(021)-3428/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-348 nömrəli qərardadı üzrə Borclu adına olan “Kamaz-53212” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-348 nömrəli qərardadı ilə Borclu adına olan “Kamaz-53212” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-171/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-171/2024
25.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver