Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-172/2024 04.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim X1, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Borclu iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı qətnaməsi əsasında 04 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 1871-GL/16 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 4165 manat 80 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 4265 manat 80 qəpik məbləğində borc, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 510-GL/17 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 5956 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6056 manat 20 qəpik məbləğində borc, ümumilikdə hər iki müqavilə üzrə 10322 (on min üç yüz iyirni iki) manat pulun, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının cavabdeh Borclu tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Borclu 120 (yüz iyirmi) manat 97 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-2(115)-84/2024 nömrəli icra sənədi xx.xx.2024-cü ildə icraatına daxil olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-2(115)-84/2024 saylı icra sənədi üzrə Borclu cəmi 11022 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixi icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında Borclu izahat verərək göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən ondan 11022 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Qeyd olunan təşkilatla qarşılıqlı razılığa gəlmişlər ki, təşkilatın xeyrinə 3-4 ayda bir dəfə müəyyən məbləğdə pul ödəsin. Hazırda borcundan 1500 (min beş yüz) manat ödəmişdir. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, 1871-GL/16 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 4165 manat 80 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 4265 manat 80 qəpik məbləğində borc, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 510-GL/17 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 5956 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6056 manat 20 qəpik məbləğində borc, ümumilikdə hər iki müqavilə üzrə 10322 (on min üç yüz iyirni iki) manat pulun, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının cavabdeh Borclu tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Borclu 120 (yüz iyirmi) manat 97 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 12 mart 2024-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlak üzərinə həbs qoyulması qərara alınmışdır. Elektron məlumat bazasından çıxarışdan görünür ki, “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Borclu adına qeydiyyata alınmışdır. “Borclunun əmlakı (nəqliyyat vasitəsinin) üzərinə həbs qoyulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1970-ci il təvəllüdlü ünvan 1i ünvanında yaşayan Borclu mülkiyyətində olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Borclu "xxxx" ASC-nə 1500 (min beş yüz) manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-2(115)-84/2024 saylı qətnaməsinə əsasən Borclu cəmi 10322 (on min üç yüz iyirni iki) manat pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Borclu məhkəmə iclasında verdiyi izahatında tələbkarla qarşılıqlı razılığa gəldiklərini, borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmiş, ilkin olaraq borcundan 1500 manat ödəmişdir. Bu hal onu göstərir ki, borclu icra sənədinin icrasından boyun qaçırmır. Məhkəmənin qənaətinə görə, Borclu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan 10322 (on min üç yüz iyirmi iki) manat borcuna görə tələbkarın mülkiyyətində olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması məqsədə uyğun deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin Borclu mülkiyyətində olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Borclu məxsus olan əmlak üzərinə həbs qoyulması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-172/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-172/2024
04.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver