Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-175/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, Bərdə rayon Məhkəməsinin 2(021)-224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Borclu göstərilən icra sənədi üzrə öhdəliklərini könüllü təmin etmədiyi üçün onun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun icra sənədi üzrə öhdəliyinin icra edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)-224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X1 cavabdeh Borclu qarşı “nikahın pozulması, uşağın himayədə saxlanması, aliment” tələbinə dair iddiа qismən təmin edilmiş, iddiaçı X2 ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2005-ci il tarixdə 532 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçı (anası) X1 himayəsində və yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə verilməsi, alimentin tutulma müddəti ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hesablanması, alimentlə bağlı hissədə 67 manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmış, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmiş, Borclu həmin bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin 2(021)-224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət olunmuş, borclunun icra sənədi üzrə öhdəliyinin icra edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla müraciət olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə qeyd edir ki, təqdimatda nə qədər borcun olması göstərilməmişdir. Həmçinin borclunun əmlak vəziyyəti də araşdırılmamışdır. Sadəcə elektron sistemlə müəyyən edimişdir. Əmlaka baxış keçirmə həyata keçirilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə rayon Məhkəməsinin 2(021)-224/2024 saylı, 07 mart 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-175/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-175/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver