Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-180/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1018/2023 icra sənədi üzrə tələbin əmlaka yönədlilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1018/2023 saylı icra sənədi üzrə borc məbləğinin həddində Borclu mülkiyyətində 5 nəfər ailə üzvləri ilə birlikdə Bərdə rayonu Mollalı kəndində yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.31 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklar üzərinə tələb həddində həbs qoyulması, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1018/2023 icra sənədi üzrə Borclu iki uşağın yetkinlik yaşınaçatana qədər saxlnamaıs üçün hər ay cəmi 360 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu mülkiyyətində mülkiyyətində 5 nəfər ailə üzvləri ilə birlikdə Bərdə rayonu Mollalı kəndində yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.31 ha həyətyanı torpaq sahəsi olduğu aşkar olunmuşdur. Hazırda borclunun həmin əmlaklarının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1018/2023 saylı icra vərəqəsindən görünür ki, X7 ilə Borclu arasında bağlanmış xx.xx.2007- ci il tarixli, 15 nömrəli nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçı X2 himayəsində və yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş məktubdan görünür ki, Borclu mülkiyyətində 5 nəfər ailə üzvləri ilə birlikdə Bərdə rayonu Mollalı kəndində yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.31 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat Borclu adına aşkar edilmiş 0.31 ha həyətyanı torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin olunmalı, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1018/2023 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinə yönəldilməklə, həmin əmlak üzərinə tələb həddində həbs qoyulmalı, əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələb icra edilməlidir Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin olunsun. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1018/2023 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinə yönəldilməklə həmin əmlak üzərinə tələb həddində həbs qoyulsun. Əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələ icra edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-180/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-180/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver