Məhkəmə qərarları › İş №8(021)-186/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-186/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-186/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Mercedes Benz 308 D minik markalı **-OB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-1416/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu və X5 cəmi 8049 manat pul vəsaiti alınaraq Accessbank QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qərardadda sözügedən avtomobillərdən Mercedes Benz 308 D minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac vasitəsilə satılmışdır. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına tələbkar, borclu və icra məmuru gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon məhkəməsinin 2(021)-1416/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Borclu və X5 avtomobilə dəymiş maddi ziyana görə 7770 manat, avtomobilə dəymiş ziyanın hesablanması üçün çəkilən xərc- 171.22 manat tutularaq iddiaçı X6 ödənilməsi qət olunmuşdur . Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz 308 D mikroavtobus model ** OB *** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 208 D mikroavtobus model ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş tələbkar X7 tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, tələbkar X7 Borclu məxsus Mercedes Benz 308D mikroavtobus model ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 4050 manata açıq hərrac vasitəsi ilə borcun əvəzində götürmüşdür. Buna görə də həmin avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş “X3” Əmlak Hərrac Mərkəzi MMC tərəfindən 13 fevral 2024-cü il tarixdə tərtib olunmuş 26/24 saylı hərracın nəticələri haqqında yekun protokol surətindən görünür ki, tələbkar X7 Borclu məxsus Mercedes Benz 308D mikroavtobus model ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 4050 manata açıq hərrac vasitəsi ilə almışdır. Sadalanlara nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mercedes Benz 308 D minik markalı **-OB-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mercedes Benz 308 D minik markalı **-OB-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar