Məhkəmə qərarları › İş №8(021)-188/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-188/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-188/2024 14.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyənetdİ: Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra vərəqəsindən müəyyən olunur ki, X* 0*.02.20*0-cu il tarixdən 04.0*.20*5-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 (beş min yeddi yüz altmış) manat məbləğində əmək haqqının alınaraq ona verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu Bərdə rayonu Kolayır Bələdiyyəsinə məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(02*)-2322/20*9 nömrəli, 09.07.20*9-cu il tarixli icra sənədinə əsasən borclu Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X* xeyrinə ödənilməlidir. İcra sənədi 08.0*.2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Kolayır Bələdiyyəsinin mülkiyyətində 77.5 ha kənd təsərrüfat təyinatlı və 0.03 ha həyətyanı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar X3 və borclu Bərdə Rayon Kolayır Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X* 0*.02.20*0-cu il tarixdən 04.0*.20*5-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 manat əmək haqqı alınaraq ona verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 08 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra sənədi üzrə icraata başlanılması, borclu Bərdə rayon Kolayır kənd Bələdiyyəsi dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” *9 aprel 2024-cü il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(02*)-2322/20*9 nömrəli, 09.07.20*9-cu il tarixli icra sənədi üzrə Bərdə Rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayonu Kolayır kəndində yerləşən 77,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0,3 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması, qərarın icrasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması barədə 24 saat müddətində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, *82203*080 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Mollaisalar kəndində yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaq sahəsi mülkiyyət hüququ əsasında Bərdə rayon Kolayır Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*2.202*-ci il tarixli, *82*023822 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Kolayır kəndində yerləşən *7,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Bərdə rayon Kolayır Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*2.202*-ci il tarixli, *82*02382* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Mollaisalar kəndində yerləşən 4*,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Bərdə rayon Kolayır Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.*-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci * ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. -İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra vərəqəsinə əsasən iddiaçı X* 0*.02.20*0cu il tarixdən 04.0*.20*5-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 manat əmək haqqının alınaraq ona verilməsi qət edilmişdir. Borclu Bərdə rayon Kolayır Bələdiyyəsi qeyd olunan icra sənədlərini icra etmədiyindən icra məmuru məhkəməyə təqdimtla müraciət edərək Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Kolayır kəndində yerləşən *7,02 ha, Bərdə rayonu Mollaisalar kəndində yerləşən 4*,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və Bərdə rayonu Mollaisalar kəndində yerləşən 0,03 ha yaşayış məntəqələri torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayonu Kolayır kəndində yerləşən *7,02 ha və Bərdə rayonu Mollaisalar kəndində yerləşən 4*,5 ha torpaq sahəsi Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra sənədinin icrasını təmin edə biləcəyindən həmin əmlaklar üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 364, 367 və 368-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldi: Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 09 iyul 20*9-cu il tarixli, 2(02*)-2322/20*9 icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*2.202*-ci il tarixli *82*023822 qeydiyyat nömrəli çıxarışa əsasən borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Kolayır kəndində yerləşən *7,02 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*2.202*-ci il tarixli *82*02382* qeydiyyat nömrəli çıxarışa əsasən borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Mollaisalar kəndində yerləşən 4*,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən *0 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar