Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-189/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin icrasının təmin edilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 96/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği hədində Borclu məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın üzərinə tələb həddində həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 96/2024 nömrəli icra sənədi icraatına daxil olmuşdur. Həmin icra sənədinə əsasən Borclu 4000 manat borc və 70 manat mediasiya xərci tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icraı haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 321-3-46/2-1538/2024 saylı məlumatdan və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-022A Kod 61015068 saylı Şəhadətnamənin surətindən müəyyən edilir ki, Borclu adına Bərdə rayonu, Həsənli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Odur ki, təqdimatın təmin edilərək əmlak üzərinə həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkarın nümayəndəsi, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işinin materiallarını və əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-96/2024 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 4000 manat borc və 70 manat mediasiya xərci tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Beləliklə məhkəmə iş materialları əsasında Borclu icra məmurunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimatı ilə üzərinə həbs qoyulması nəzərdə tutulan 0,29 ha həyətyanı torpaq sahəsinə təkbaşına sahiblik hüququna malik olmadığını müəyyən etdi. Buna görə də məhkəmə icra məmurunun borclunun əmlakı üzərində həbs qoyulması təqdimatının icrasını mümkünsüz hesab edərək təqdimatı rədd etdi. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Təqdimatdan da göründüyü kimi torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan və 3 nəfər ailə üzvü ilə birlikdə həmin torpağa mülkiyyətçi olduğundan həmin əmlaka tələbin yönəldilməsi qanunvericiliklə mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanununun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363-364, 367-368ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-96/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin borc məbləği həddində Bərdə rayonu Həsənli kəndində Borclu məxsus 0,29 ha həyətyanı torpaq sahəsinə yönəldilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-189/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-189/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver