Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-190/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-2559/2015 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2559/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənəsi üzrə borcun, Borclu mülkiyyətində olan “Mercedes Benz C 180” minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2559/2015 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən ümumilikdə 12856,42 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin (keçmiş Nikoil İKB ASC-nin) xeyrinə ödənilməlidir. Borclu və qeyriləri onlara verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələbi təmin etməmişdir. Elektron İcra Sistemindən çıxarışdan müəyyən edilmişdir ki, Borclu mülkiyyətində “Mercedes Benz C 180” minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Elektron İcra Sistemindən çıxarış da iş materiallarına əlavə edilmişdir. Odur ki, icra məmuru Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2559/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənəsi üzrə borcun, Borclu mülkiyyətində olan “Mercedes Benz C 180” minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli 2(021)-2559/2015 nömrəli icra vərəqəsindən görünür ki, borclular Borclu və qeyrilərindən müştərək qaydada 10640,12 ABŞ dolları əsas kredit borcu, 2209,81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, faizlərin gecikdirilməsinə görə 6,49 ABŞ dolları penya pulunun Azərbaycan manatı ilə məzənnəsi və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin Bərdə filialının hesabına keçirilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına Mercedes Benz c180 minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçir. Məhkəmə icra sənədinin icra edilməli olmasını nəzərə alaraq tələbin borc məbləği həddinə uyğun olaraq borcluya məxsus avtomobilə yönəldilərək həmin avtomobilin üzərinə həbs qoyulmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, əmlakın üzərinə həbs qoyulması yolu ilə icra sənədinin icra edilməsinin təmini mümkün olduğundan icra məmurunun təqdimatı qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bərdə rayon Məhkəməsinin 2(021)-2559/2015 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu məxsus “Mercedes Benz c 180” minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-190/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-190/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver