Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-20/2024 29.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-355/2022 nömrəli icra vərəqəsi üzrə Borclu adına olan “Ford Fokus” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-193/2016 nömrəli icra sənədinə əsasən X3, Borclu və X4 cəmi 16277,75 ABŞ Dolları və 30 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələbin təmin edilməsi üçün Bərdə rayon Məhkəməsinin 8(021)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu adına olan “Ford Fokus” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Sözügedən avtomobil açıq hərrac vasitəsilə qalıb alıcı X5 tərəfindən alınmışdır. Qeyd edilənlərə əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-355/2022 nömrəli qərardadı ilə Borclu adına “Ford Fokus” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Ağdam rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(13)-193/2016 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X3, Borclu və X4 14928,93 ABŞ Dolları əsas, 1328,82 ABŞ Dolları faiz borcu, 20 ABŞ Dolları cərimə faizi, cəmi 16277,75 ABŞ Dolları vəsait, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8(021)-355/2022 nömrəli qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Ağdam rayon Məhkəməsinin 2(13)-193/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus “Ford Fokus” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobil cərimə meydançasına yerləşdirlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8(021)-355/2022 nömrəli qərardadına əsasən borc məbləği borclu tərəfindən tam şəkildə tələbkarın xeyrinə ödənildiyindən Ağdam rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(13)-193/2016 nömrəli icra sənədi üzrə Borclu əmlakı olan “Ford Fokus” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8(021)-355/2022 nömrəli qərardadına əsasən Borclu mülkiyyətində “Ford Fokus” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-20/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-20/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver