Məhkəmə qərarları › İş №8(021)-21/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-21/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-21/2024 29.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1772/2023 nömrəli icra vərəqəsi üzrə Borclu adına olan “VAZ 21099” markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1772/2023 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın saxlanılması üçün 220 manat alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə əlaqədar Bərdə rayon Məhkəməsinin 8(021)- 379 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətindəki “VAZ 21099” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu xx.xx.2024-cü il tarixə aliment tələbi üzrə heç bir borcu qalmamışdır. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1772/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdə hesablanmaqla cavabdeh Borclu hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. Cavabdeh Borclu telma oğlundan 46,4 manat dövlət rüsumu alınaraq Azərbaycan respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-379/2023 nömrəli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1772/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində xx.xx.1987-ci il təvəllüdlü Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Borclu məxsus “VAZ 21099” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İş materiallarında ola ödəniş qəbzlərindən görünür ki, Borclu X3 xeyrinə cəmi 1800 manat ödəmişdir. İş materialarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1772/2023 nömrəli icra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixə tələbkar X3 xeyrinə ödənilməsi heç bir aliment borcu yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-379/2023 nömrəli qərardadına əsasən borc məbləği borclu tərəfindən tam şəkildə tələbkarın xeyrinə ödənildiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1772/2023 nömrəli icra sənədi üzrə Borclu əmlakı olan “VAZ 21099” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-379/2023 nömrəli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21099” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar