Məhkəmə qərarları › İş №8(021)-23/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-23/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-23/2024 29.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X10 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-426/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-426/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 426/2023 nömrəli, Bərdə şəhəri xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədi üzrə borclu X3 və qeyrilərindən ümumilikdə 14386.97 manat məbləğində pul vəsaiti və 200 manat dövlət rüsumu tutularaq tələbkar “Yelobank" ASC-nin (kecmis Nikoil İKB ASC-nin) xeyrinə ödənilməlidir. Borclu və qeyriləri tərəfindən onlara verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron icra sistemindən çıxarışdan borclu X1 mülkiyyətində “VAZ 21074" minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu müəyyən edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-426/2023 nömrəli icra vərəqinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış kredit limitinin ayrılmasında bağlanmış kredit limitinin ayrilmasına dair müqavilə ləğv edilməli, cavabdehler X2, X4 və Borclu müştərək qaydada 12993,06(on iki min doqquz yüz doxsan üç manat altı qəpik) manat əsas borc, 1379,3 (bir min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu, 14,61(on dörd manat altmış bir qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 14386,97(on dörd min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" AS-nin xeyrinə ödənilməli, cavabdehlər X5, X6, Borclu müştərək qaydada 133,16(bir yüz otuz üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər X9, X6, Borclu müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X8, büdcə təsnifatı kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-426/2023 nömrəli icra sənədi borc məbləği həddində Borclu adına qeydə alınmış, “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin üzərinə həbs qoyulsun və götürülərək cərimə meydançasına yerləşdirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar