Məhkəmə qərarları › İş №8(021)-265/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-265/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-265/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-221/2022 nömrəli icra vərəqəsi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 221/2022 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində Ford Transit yük markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-221/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9630 manat pul alınaraq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi könüllü icra müddətində təmin edilməmişdir. Borclunun hazırda borcu var, borclu müxtəlif bəhanələr gətirərək həmin borcunu ödəməkdən yayınmış, bununla bağlı borclunun əmlakı barədə aidiyyatı orqanlara sorgular verilmişdir. Portal çıxarışına əsasən Borclu mülkiyyətində “FORD TRANSİT” yük markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun həmin əmlakının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Təqdimata baxılması ilə əlaqədar icra sənədi üzrə tələbkar, borclu və Bərdə rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-221/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9630 manat pulun alınaraq tələbkar X4 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli İcraata Başlama Haqqında Qərarın və həmin tarixli bildirişin, habelə müxtəlif tarixli xəbərdarlıqların surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş tərtib edilmiş və müxtəlif tarixlərdə tələbin icra edilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin görüləcəyi barədə xəbərdarlıqlar göndərilmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Borclu məxsus “FORD TRANSİT” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-221/2022 saylı icra sənədi üzrə xx.xx.1995-ci il təvəllüdlü anadan olmuş, Bərdə rayon, Kətəlparaq kəndində yaşayan Borclu məxsus “FORD TRANSİT” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar