Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-27/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli məhkəmə əmrinə əsasən cavabdehlər X1 və X3 cəmi 3107.99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə verilməsi qət edilmişdir. Tələbkar "xxxx" ASC-məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icra yöndəlilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli qərarına əsasən cavabdehlər X1 və X3 cəmi 3107.99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-495/2023 nömrəli qərardadı ilə tələbkar "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra səndinin yenidən icraya yönəldilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 891040- 150/2023 nömrəli qərardadı ilə tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 29 sentyabr 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməsi, tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yöndəlilməsi barədə ərizəyə yenidən baxılması üçün işin Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasın vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavabdan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)- 1097/2013 nömrəli icra sənədi xx.xx.2017-ci il tarixli qərarla “İcra Haqqında” ARQ-nun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Sözügedən icra sənədi yenidən şöbənin icraatına daxil olmamışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-495/2023 nömrəli qərardadın surətindən görünür ki, tələbkar "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1097/2013 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(104)- 150/2023 nömrəli qərardadın surətindən görünür ki, tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-495/2023 nömrəli qərardad tam, onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilmiş, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1097/2013 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəyə yenidən baxılması üçün iş Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılma səbəbi bəlli və müəyyən edilmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək icra edilmədiyindən həmin icra sənədinin icrasının təmini məqsədilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1097/2013 nömrəli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1097/2013 nömrəli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-27/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-27/2024
30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver