Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-270/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim X1, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Bərdə Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(021)-436/2011 saylı icra sənədi əsasında açılmış icra sənədinin icrası ilə əlaqədar olaraq borcluların əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 məhkəməyə təqdimatla müraciət edərək, borclu şəxslərin borclarının tam şəkildə ödənildiyi ücün Borclu1 adına olan "Mercedes Benz 208 D” markalı **-BR-*** dövlət nömrə nişanlı mikroavtobusun və “Mercedes Benz 410 D” markalı **-BX-*** dövlət nömrə nişanlı mikroavtobusun, Borclu2 adına olan “Mercedes Benz DKA” markalı **-BP-*** dövlət nömrə nişanlı mikroavtobusun, Borclu3 adına olan VAZ-21074 minik markalı 10-MZ- 912 dövlət nömrə nişanlı və RAF 2203 802 markalı **-BG-*** dövlət nömrə nişanlı mikraavtobusun və Borclu4 adına olan VAZ-2103 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşınların üzərindən həbsin götürülməsinə dair məsələyə baxılması xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(021)-436 saylı icra sənədinə əsasən Bərdə rayonu Ərəblər kəndində yaşayan X13 və qeydlərindən müştərək qaydada cəmi 14416,68 ABŞ dolları borc pul tutularaq tələbkar təşkilat "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qərarın icrasını təmin etmək məqsədi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(021)-432 saylı qərardadı ilə Borclu1 adına olan "Mercedes Benz 208 D” markalı **-BR-*** dövlət nömrə nişanlı mikroavtobus və Mercedes Benz 410 D markalı **-BX-*** dövlət nömrə nişanlı mikraavtobus, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(021)-433 saylı qərardadı ilə Borclu2 adına olan Mercedes Benz DKA markalı **-BP-*** dövlət nömrə nişanlı mikroavtobus, Borclu3 adına olan VAZ 21074 minik markalı **-MZ-*** dövlət nömrə nişanlı və RAF 2203 802 markalı **- BG-*** dövlət nömrə nişanlı mikroavtobus və Borclu4 adına olan VAZ-2103 minik markalı 10- BM-228 dövlət nömrə nişanlı avtomaşınların üzərinə həbs qoyulmuşdur. İcraat dövründə borclular üzərinə düşən borcu tam şəkildə ödəmiş,tələbkar təşkilat "xxxx" ASC bu barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etərək bütün borcluların borcu tam şəkildə ödənildiyi ücün həmin avtomobillərin üzərindən həbsin götürülməsi ücün məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Borclu2 məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini qeyd edərək, 8(021)-270/2023 saylı iş üzrə məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC-nə, borclular Borclu1, Borclu3 və Borclu4, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də tələbkar "xxxx" ASC-nin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri, habelə borclular Borclu1, Borclu3 və Borclu4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkar "xxxx" ASC-nin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin, habelə borclular Borclu1, Borclu3 və Borclu4 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(021)-436/2011 saylı məhkəmə əmrindən görünür ki, Bərdə rayonu Ərəblər kəndində yaşayan X4, X14, X10, X6, X5, Borclu3, X8, Borclu1, Borclu4, X7, Borclu2, X11 və Bərdə rayonu İmanqulubəyli kəndində yaşayan X3 müştərək qaydada 7747,29 dolları əsas kredit borcu, 3341,19 ABŞ dolları faiz borcu, 3328,20 ABŞ dolları dəbbə, cəmi 14416,68 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti və ödənilmiş 10 manat dövlət rüsumu "xxxx" İKB ASC hesabına keçirilməsinə əmr verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-432/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)- 436/2011 saylı, 04 mart 2011-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus olan olan “Mercedes Benz 208 D” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 410 D” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və həmin avtomobillərin cərimə meydançasına yerləşdirilməsi, qərardadın icrasının Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X27 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-433/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)- 436/2011 saylı, 04 mart 2011-ci il tarixli icra sənədi üzrə Borclu3 məxsus olan “VAZ 021074” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı və “RAF 2203 802” mikroavtobus markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və həmin avtomobillərin cərimə meydançasına yerləşdirilməsi, qərardadın icrasının Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X27 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-436/2011 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(021)-436/2011 saylı icra sənədinə əsasən Bərdə rayonu Ərəblər kəndində yaşayan X4, X14, X10, X6, X5, Borclu3, X8, Borclu1, Borclu4, X7, Borclu2, X11 və Bərdə rayonu İmanqulubəyli kəndində yaşayan X3 müştərək qaydada 7747,29 dolları əsas kredit borcu, 3341,19 ABŞ dolları faiz borcu, 3328,20 ABŞ dolları dəbbə, cəmi 14416,68 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti və ödənilmiş 10 manat dövlət rüsumu "xxxx" İKB ASC hesabına keçirilməsinə əmr verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-432/2022 nömrəli qərardadı ilə Borclu1 məxsus olan “Mercedes Benz 208 D” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 410 D” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(021)-432/2022 nömrəli qərardadı ilə isə Borclu3 məxsus “VAZ 021074” minik markalı, **- MZ-*** dövlət qeydiyyat nişanlı və “RAF 2203 802” markalı 09-BG- 960 dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərinə həbs qoyulması qərara alınmışdır. Borclular tələbkar "xxxx" ASC-nə olan borclarını ödəmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 31 yanvar 2023-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-436/2011 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 təqdimatında Borclu2 adına olan Mercedes Benz DKA markalı **-BP-*** dövlət nömrə nişanlı mikraavtobusun və Borclu4 adına olan VAZ-2103 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə dair məsələyə baxılması xahiş etsə də, qeyd olunan avtomobillərin həbsdə olması barədə mötəbər sübutları təqdimatına əlavə etməmişdir. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(021)-436/2011 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq üzərinə həbs qoyulmuş, Borclu1 məxsus olan olan “Mercedes Benz 208 D” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 410 D” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Borclu3 məxsus olan “VAZ 021074” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı və “RAF 2203 802” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs götürülməli, təqdimat qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqdimat qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(021)-436/2011 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq üzərinə həbs qoyulmuş, Borclu1 məxsus olan “Mercedes Benz 208 D” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 410 D” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Borclu3 məxsus “VAZ 021074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı və “RAF 2203 802” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs götürülsün. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-270/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-270/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver