Məhkəmə qərarları › İş №8(021)-272/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-272/2023

02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-272/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərov 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********05200 saylı,xx.xx.2022-ci il tarixli qərarının icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus olan “VAZ 21214” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vegilər Baş İdarəsinin **********05200 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə Borclu 764 manat məbləğində vergi borcu tutuıaraq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. İcra sənədi üzrə həyata keçirilən tədbirləör nəticəsində borclu könüllü olaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə qərarının icrasını təmin etməjk məqsədi ilə portal çıxarışında Borclu mülkiyyətində olan “VAZ 21214” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. Buna görə də tələb həmin avtomobilə yönəldilməli və əmlakın üzərinə həbs qoyulmalıdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 saylı Ərazi Vegilər Baş İdarəsinin **********05200 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu cəmi 764,38 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan “VAZ 21214” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. 11 saylı Ərazi Vegilər Baş İdarəsinin **********05200 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə tələb borc məbləği həddində xx.xx.1974-cü il təvəllüdlü, Bərdə rayonu Hacallı kəndində yaşayan Borclu məxsus “VAZ 21214” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar