Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-276/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin e-2(021)-3007/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X3 və X4 müştərək qaydada 5610.68 manat məbləğində kredit borcu alınaraq tələbkar "xxxx" Qeyri-Bank Kredit təşkiatı MMM-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun icraataa başlama haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun zaminliyi ilə borclu X6 ilə birlikdə "xxxx" Qeyri-Bank Kredit təşkiatı MMM-dən kredit götürmüşdür. Demək olar ki, hər ay götürülən kreditə görə Bankın hesabına onların tərəfindən pul ödənilir. Bütün dünyada hökm sürən pandemiya dövründə imkan olmadığı üçün kreditin ödənilməsində çətinliklər yarandı, müəyyən bir vaxtdan sonra Bərdə rayon Qazıqurdalı kəndində yaşayan qohumlarının ünvanına, onların adına Bərdə rayon İcra və probasiya Şöbəsindən bildiriş və İcraata başlama haqqında Qərar göndərilmişdir. Onlar Bakı şəhərində yaşadıqları üçün bu sənədləri onlara göndəriblər. Sənədlərdən məlum olmuşdur ki, bu işlə əlaqədar məhkəmə prosesi olmuşdur. Nə o, nə də X6 məhkəmənin keçirildiyi vaxtı bilmədikləri üçün məhkəmə prosesində iştirak edə bilməmişdir və bu günədək məhkəmənin çıxardığı qətnaməni almamışdır. Onlar tərəfindən qeyd etdikləri kimi Banka pul ödənilir, lakin hazırkı dövrdə məhkəmə tərəfindən icra şöbəsinə göndərilmiş e-2(021)-3007/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli icra sənədində qeyd edilən 5610.68 manat pulu ödəmək imkanları xaricindədi, lakin gələcəkdə Bankla ümumi razılığa gələrək müəyyən vaxtdan sonra həmin məbləği dəqiqləşdirdikdən sonra ödəməyə söz verirlər. Odur ki, yuxarıda qeyd etdiyi halları nəzərə alaraq Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuruu, İİ dərəcəli ədliyyə qulluqçusu X8 icraata başlamaq haqqında 13 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verdilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə boclu X5 şikayətini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin e- 2(021)-3007/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X3 və X4 müştərək qaydada 5610.68 manat məbləğində kredit borcu alınaraq tələbkar "xxxx" Qeyri- Bank Kredit təşkiatı MMM-nin xeyrnə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş, 13 yanvar 2023-cü il tarixli icraata başlama haqqında qərarın surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3007/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinnin surətindən müəyyən olunur ki, X7 17 sentyabr 1970-ci ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3007/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Bərdə Rayon İcra və probasiya Şöbəsinin icra məmuru tərəfindən 13 yanvar 2023-cü il tarixli qərarla icraata başlanmışdır və icra məmuru tərəfindən hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyindən şikayət təmin edilməməlidir. Həmçinin şikayətin dəlillərini nəzərdən keçirən məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, həmin dəlillər mübahisələndirilən qərarın ləğvi əsasları kimi çıxış edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-276/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-276/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver