Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-282/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “Vaz 21060 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobiin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2 (021)-3771/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 699,89 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 2 (021)-3771/2019 vsaylı, 30 oktyabr 2019-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə Borclu məxsus olan “Vaz 21060 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2 (021)-3771/2019 vsaylı, 30 oktyabr 2019-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 699,89 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Borclu borcunun 699,89 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Borclu məxsus olan “Vaz 21060 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və həmin avtomobil cərimə meydançasına yerləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 2 (021)-3771/2019 vsaylı, 30 oktyabr 2019-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Vaz 21060 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobil cərimə meydançasına yerləşdirilsin. Qərardadın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-282/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-282/2023
16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver