Məhkəmə qərarları › İş №8(021)-284/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-284/2023

02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-284/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Bərdə Rayon Məhkəməsinin 2(021)-5259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 5259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 10 yanvar 2007-ci il təvəllüdlü X4 və 29 aprel 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 120 manat olmaqla cəmi 240 manat məbləğində müəyyən edilmiş və qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Borclu tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bərdə Rayon Məhkəməsinin 8(021)-32/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur və onun hazırki tarixədək aliment borcu yoxdur. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-5259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 10 yanvar 2007-ci il təvəllüdlü X4 və 29 aprel 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 120 manat olmaqla cəmi 240 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Borclu tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 8(021)-32/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Borclu 360 manatı ödəmiş və 2023-cü ilin mart ayının sonuna kimi borcu qalmamışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-5259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bərdə Bərdə Rayon Məhkəməsinin 2(021)-5259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış, "VAZ 21061" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar