Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-288/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim X1, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, tələbkar X8, Borclu iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(021)-2667/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş 12 iyul 2013-cü il təvəllüdlü X5 və 28 dekabr 2015-ci il təvəllüdlü X6 anaları X8 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 12 iyul 2013-cü il təvəllüdlü X5 və 28 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2022ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin X8 xeyrinə tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2667/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci ildə anadan olmuş və Bərdə rayonu Alaçadırlı ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Bərdə Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun 1800 (bir min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında tələbkar X12 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Borclu hər ay 2 uşağın saxlanılması üçün 200 manat məbləğində aliment alınaraq ona verilməlidir. Borclu aliment borcunun bir hissəsini ödəsə də aliment borcu tam ödənilməmişdir. Məhkəmə iclasında Borclu göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli qətnaməsinə əsasən 2 uşağın saxlanılması üçün X10 hər ay 200 manat aliment ödəyir. Aliment borcunu ödəmiş, tələbkara aliment borcu qalmamışdır. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(021)-2667/2022 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş 12 iyul 2013-cü il təvəllüdlü X5 və 28 dekabr 2015-ci il təvəllüdlü X6 anaları X8 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 12 iyul 2013-cü il təvəllüdlü X5 və 28 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2022ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin X8 xeyrinə tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcraata başlamaq haqqında” 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 05 dekabr 2022-ci il tarixli 293856/2022-43-10-004 nömrəli bildirişdən görünür ki, Borclu xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2667/2022 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi təklif edilmiş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə, icranın məcburi qaydada təmin ediləcəyi, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(021)-2667/2022 saylı icra sənədini hazırkı vaxta kimi tam icra etməmişdir. Borclu məhkəmə iclasında tələbkara aliment borcunun qalmadığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, tələbkar isə məhkəmə iclasında borclunun aliment borcunu tam ödəmədiyini bildirmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(021)-2667/2022 nömrəli icra sənədi üzrə tutulmalı olan aliment borcu Borclu tərəfindən tam ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1977-ci ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(021)-2667/2022 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-288/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-288/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver