Məhkəmə qərarları › İş №8(021)-313/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-313/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-313/2025 21.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi ilə, X2 aliment məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə Borclu birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə tutulmalı olan 60 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər uşağa görə 60 manat məbləğində aliment tutularaq X12 ödənilməsi qət edilmişdir. Tutulmuş alimentin əsas xərcləri ödəməyə kömək etmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə Borclu birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə tutulmalı olan 60 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş göndərilməsinə baxmayaraq borclu, tələbkar Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsindən görünür ki, xx xxxx 1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 9-da yaşayan Borclu 22 iyul 2013- cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat aliment tutularaq 10 aprel 2009-cu ildə anadan olmuş X6 və 09 avqust 2010-cu il tarixdə anadan olmuş X1 üçün Bərdə şəhəri Nizami küçəsi 156-da yaşayan X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cu bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cu maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-cu maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericuliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericulik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-cu maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 saylı qərarının 8.4-1-cu bəndinə əsasən göstərilir ki, Ailə Məcəlləsinin 110.2-cu maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-cu bəndində qeyd olunur ki: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-cu maddəsinə əsasən bu Qərarın 8.4-1cu bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- cu maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-cu bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericulikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, 2025-ci il üçün minimum əmək haqqı 400 manat həcmində müəyyən olunmuşdur. Məhkəmə vаlideynlərin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini, həmçinin uşağın hazırda iddiaçının himayəsində saxlanılmasını nəzərə alaraq hesab edir ki, X2 ərizəsi qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli, 2(021)-1222/2013 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan alimentin miqdarı hər ay hər uşağa görə 06 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.57=228 manat həcmində) indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli, 2(021)-1222/2013 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan alimentin miqdarı hər ay hər uşağa görə 06 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.57=228 manat həcmində) indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar