Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-314/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iclas katibliyi ilə, X2 “aliment məbləğinin indeksasiya olunması” barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021) -252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 12 mart 2008-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X7 tutulan alimmentin miqdarının ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021) -252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 12 mart 2008-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X7 hər ay 50 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq 60 manat məbləğində müəyyən edilmiş və az yaşlı Süleymanın müalicəsi cavabdeh X7 hər ay 40 manat məbləğində müalicə xərci tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi qət edilmişdir. Odur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 12 mart 2008-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X7 tutulan alimmentin miqdarının ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmasına dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 mart 2008-ci il tarixli, AZ-İİ052386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 mart 2008-ci ildə anadan olmmuş atası X12, anası X13 olmaqla bu barədə doğum haqqında akk qeydləri kitabında 29 mart 2008-ci il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. AA0351661 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1983-cü ildə anadan olmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli, 855 nömrəli arayışdan görünür ki, X4 rayonu Cəyirli kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli 2(021)-252/2014 saylı qətnaməsindən görünür ki, 12 mart 2008-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 hər ay 50 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq 60 manat məbləğində müəyyən edilməsi və az yaşlı Süleymanın müalicəsi üçün cavabdeh X7 hər ay 40 manat məbləğində müalicə xərci tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, aliment sabit pul miqdarında qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, 20 fevral 2014-cü il tarixli 2(021)-252/2014 saylı qətnaməsi qəbul edilən zaman “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli 3112 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən (2017-ci il yanvarın 1-dək)105 manat müəyyən edilmişdir. Həmin il məhkəmə bir uşağın saxlanılması üçün 60 manat sabit pul miqdarında aliment qət etmişdir. O vaxt 60 manat aliment 105 manat minimum aylıq əmək haqqının təxminən 0.57 mislini (60 : 105 = 0.57) təşkil etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. X2 ərizəsi təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli 2(021)- 252/2014 saylı qətnaməsi ilə qət edilmiş aliment indeksasiya edilərək yetkinlik yaşına çatmayan 12 mart 2008-ci il təvəllüdlü X1 üçün cavabdeh X7 tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.57 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən isə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 ərizəsi təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli 2(021)-252/2014 saylı qətnaməsinə əsasən cavabdeh X7 tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.57 misli həddində indeksasiya olunsun. İndeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 6 avqust 2025-ci il tarixdən etibarən başlansın. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardadın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №8(021)-314/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-314/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver