Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-315/2025 27.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X23 Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, ərizəçi X12 iştirakı ilə, X2 Bərdə Rayon İcra və probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qəbul etdiyi xitam qərarının ləğv edilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli xitam qərarının ləğv edilərək işin yenidən icraata qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)906 saylı qətnamə Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir ki, o xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü qızı X8 ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən borclular X1 İradə Əli qızı, X4 yaşadıqları fərdi yaşayış evinə köçürülməlidirlər və köçürülmüşlər. Lakin 2024-cü ilin sentyabr ayında evə gedəndə evin qıfıllarının dəyişdirilmiş və onu içəri buraxmamışlar..Hazırda 2 uşağı ilə birlikdə çöldə qalmışdır.O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Bərdə Rayon İcra və probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qəbul etdiyi xitam qərarı ləğv edilib işin icraatı təzələnməlidir. Məhkəmə iclasında tələbkar X20 qızı ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində boclulular X7, X13 və X5 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilsə də, məhkəmə bildirişləri vasitəsilə məlumat göndərilsə də, borclular və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Ərizəyə əlavə olunmuş sənədlər: İş materiallarına əlavə edilmiş AA5738400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1989-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Aəzrbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayı yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X20 Bərdə rayonu Kələntərli İƏD-nin Darğalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 20 may 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, icra sənədi üzrə tələb tam təmin edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-906/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin Qanunun 23-cü maddəsində göstərilir: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir 23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)906 saylı icra sənədi üzrə X20 xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü qızı X8 ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən borclular X1 İradə Əli qızı, X4 yaşadıqları fərdi yaşayış evinə köçürülsələr də sonradan borclular tərəfindən həmin evə buraxılmamışlar. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 20 may 2019-cu il tarixli qərarı ləğv edilməli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-906/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 ərizəsi təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-906/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №8(021)-315/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-315/2025
27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver