Məhkəmə qərarları › İş №8(021)-316/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-316/2025

19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-316/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi ilə, Tələbkar borc məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1974/2013 saylı, 28 noyabr 2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1119 manat məbləğ indeksləşdirilərək 2013-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 205,4 faiz artımı (1119 AZN x 205,4 % = 2298,42 AZN) nəzərə alaraq cəmi 3417,42 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1974/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1119 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir.Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 1119 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 2(021)-1974/2013 saylı, 28 noyabr 2013-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclular xx.xx.1970-ci il tarixdə Yevlax şəhərində anadan olmuş. Yevlax şəhəri İ.Dəmirov küçəsi mənzil 44-də qeydiyyatda olmaqla, Bakı şəhər, Yasamal rayonu. 8-ci keçid küçəsi, ev 7-də yaşayan Borclu1 və xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş. Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri. Yasamal rayonu, Nərimanov prospekti, küçə 55, ev 24-də yaşayan Borclu2 müştərək qaydada 1098.00 (min doxsan səkkiz) manat məbləğində əsas borcun və 21 (iyirmi bir) manat dövlət rüsumu olmaqla, cəmi 1119,00 (min yüz on doqquz) manat məbləğində pul tutularaq Bakı şəhəri. Yasamal rayonu Hüseyn Cavid prospekti. 50/14 ünvanda yaşayan Tələbkar oglunun xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20” dekabr 2024-cü il tarixli № 15 saylı qərarı özündə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasının həyata keçirilməsini ehtiva edir. Buna görə də məhkəmə hesab edir ki, Tələbkar borc məbləğinin indeksasiyasına dair ərizəsi təmin olunmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar borc məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar