Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-317/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Xəyalə Süleyman qızının katibliyi ilə, Tələbkar BOKT "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-5280/2016 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar BOKT "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-5280/2016 saylı əmri üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli 2(021)-5280/2016 saylı əmri borclunun faktiki yaşayış yeri üzrə icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkarın və borcunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş xx.xx.2019-cu il tarixli Ləğv prosesində olan "xxxx" MMC ilə BOKT "xxxx" MMC arasında bağlanılmış bildiriş/müqaviləyə əsasən ilk kreditor, yəni "xxxx" MMC-nin X2 ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və 4 dekabr 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ "xxxx" MMC-yə keçmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(021)-5280/2016 saylı əmri ilə xx.xx.1957-ci ildə Bərdə Rayonunda doğulmuş Bərdə rayonu, Mollaisalar kəndində yuaşayan X1 463 manat əsas, 71.11 manat faiz, 47 manat cərimə, cəmi 581.11 manat və 20 manat dövlət rüsumu borc məbləği "xxxx" MMC xeyrinə ödənilməsi əmr edilmişdir. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-5280/2016 saylı icra vərəqəsi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-5280/2016 saylı icra vərəqəsi yenidən icraya yönəldilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №8(021)-317/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-317/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver