Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-318/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, X4, Maraqlı şəxs iştirakları ilə, X1 aliment məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(021)-1595/2024 saylı qətnaməsinə əsasən, birgə nikahdan olmuş xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs onun xeyrinə hər ay tutulmalı olan 130 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sonrakı artımlarda nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 15 dekabr 2019-cu il təvəllüdlü X8 övladı vardır. Nikaha daxil olduqdan xeyli müddət sonra ailə münasibətləri pozulmuş və Bərdə Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(021)-1051/2021 saylı qətnaməsindən iddia qismən təmin edilmiş, iddiaçı X7 və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə 893 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 ata X3 alınıb ana Maraqlı şəxs verilməsi və Maraqlı şəxs himayəsində və yanında saxlanılması, xx.xx.2019cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ddiaçı X3 hər ay, bir uşağa görə 100 (yüz) manat məbləğində alimentin tutularaq cavabdeh Maraqlı şəxs verilməsi, alimentin tutulma müddətinin X5 ata X3 alınıb ana Maraqlı şəxs verildiyi tarixdən müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(021)-558/2024 saylı qətnaməsi ilə ərizəçi X4 Maraqlı şəxs qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, 15 dekabr 2019-cu il təvəllüdlü X5 01 noyabr 2023cü il tarixdən atası X4 himayəsində olması faktının müəyyən olunması qət edilmişdir.Bundan sonra Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 1595/2024 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Maraqlı şəxs qarşı "Aliment" tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs 18 mart 2024-cü il tarixdan başlayaraq hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş göndərilmiş, borclu, tələbkar gəlmiş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. X2 ərizəsini müdafiə edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Borclu Maraqlı şəxs tələblə razılaşmayaraq bildirdi ki, yenidən ailə qurmuşdur, himayəsində azyaşlı uşağı vardır, aliment borcundan ödəniş edə bilmir, işləmədiyinə görə aliment borcunu ödəyə bilməyəcəkdir. Buna görə də tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin Bərdə rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(021)-1595/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs 18 mart 2024cü il tarixdan başlayaraq hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cu bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cu maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-cu maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericuliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericulik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-cu maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 saylı qərarının 8.4-1-cu bəndinə əsasən göstərilir ki, Ailə Məcəlləsinin 110.2-cu maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-cu bəndində qeyd olunur ki: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-cu maddəsinə əsasən bu Qərarın 8.4-1cu bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- cu maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-cu bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericulikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, 2025-ci il üçün minimum əmək haqqı 400 manat həcmində müəyyən olunmuşdur. Məhkəmə vаlideynlərin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini, həmçinin uşağın hazırda iddiaçının himayəsində saxlanılmasını nəzərə alaraq hesab edir ki, X1 ərizəsi qismən təmin olunmalı, Bərdə rayon Məhkəməsinin 1-cü il tarixli, 2(021)-1595/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı borclu Maraqlı şəxs hər ay 06 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.37 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.37=148 manat həcmində) indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bərdə rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(021)-1595/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı borclu Maraqlı şəxs hər ay 06 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.37 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.37=148 manat həcmində) indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-318/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-318/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver