Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-319/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, X1 iştirakı ilə , X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2788/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2788/2023 saylı qətnaməsi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, lakin icra sənədi üzrə borclu aliment borcunu ödəyəcəyi barədə aralarında razılıq olduğuna görə icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin borclu hazırda alimenti ödəmir. Buna görə də hazırda icra sənədinin yenidən icra olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş göndərilməsinə baxmayaraq borclu və Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən X2 ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon məhkəməsinin 2(021)-2788/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, ilk iddia üzrə iddiaçı X3 ilk iddia üzrə cavabdeh Borclu qarşı "alimentin artırılması" tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X9 qizi ve xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilsin və artırılmış məbləğ qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq cavabdeh Borclu tutulub İddiaçı X3 xeyrinə ödənilməsi, cavabdeh Borclu 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Borclu qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “ilkin iddia üzrə iddiaçı X3 ondan 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinə" dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi,Borclu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, icra sənədi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə müəyyən etdi ki, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 2788/2023 saylı qətnaməsi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraata başlanılmış, borclu sonradan öhdəliyini icra etməmişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 2788/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2788/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2788/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-319/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-319/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver