Məhkəmə qərarları › İş №8(021)-320/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-320/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-320/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, tələbkar X6 iştirakı ilə X2 borclu Maraqlı şəxs qarşı “aliment məbləğinin indeksasiya olunması” barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021) 1111/208 saylı qətnaməsinə əsasən birgə nikahlarından 19 dekabr 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borcu Maraqlı şəxs onun xeyrinə hər ay tutulmalı olan 120 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 19 dekabr 2015-ci il təvəllüdlü X16 adlı övladı vardır. Nikaha daxil olduqdan xeyli müddət sonra ailə münasibətləri pozulmuş və Bərdə rayon Məhkəməsinin ( hakim Cavid Tağıyev) xx.xx.2018-ci il tarixli, 2(021)-1111/2018 saylı qətnaməsinə əsasən, Maraqlı şəxs ilə Bərdə regional Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində 03 avqust 2015-ci il tarixdə l85 nömrə ilə qeydə alınmış nikahlarının pozulması, birgə nikahdan 11 oktyabr 2017-ci ildə anadan olmuş oğlu X16 onun himayəsində saxlanılması və onun yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs oğlundan hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq mənə verilməsi qərara alınmışdır.Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-ll 11/2018 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 6 il müddət keçmişdir. Bu müddət ərzində zəruri gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində əhəmiyyətli artım, bəzilərində isə hətta 50%-dən çox bahalaşma olmuşdur. Bərdə rayon məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir və uşağın məsrəfləri də yetərincə artmışdır.Hazırda 2018ci illə müqayisədə 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləğinin artaraq 400 manat olması ilə əlaqədar Bərdə rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli, 2(021) 1111/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsinə, yəni onun sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə zərurət vardır. Belə ki, ölkə üzrə 2018-ci ildə minumum əmək haqqı 130 manat idisə, 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı 400 manatdır və sonrakı illərdə də ölkə üzrə minimum əmək haqqı məbləğinin artması gözləniləndir.Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizəsini müdafiə edərək məhkəmə iclasında eyni zamanda bildirdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il 2(021)-2506/2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləğinin artırılaraq 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Odur ki, həmin qətnamə üzrə müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləğinin indeksasiya edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borcluya və Bərdə Rayon İcra və probasiya Şöbəsinə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə regional “ASAN-Xidmət” X15 tərəfindən verilmiş Az- İ302106 nömrəli, 01 may 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası X12 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 28 dekabr 2015-ci il tarixdə 1020 nömrə ilə qeyd edilmişdir. AA0235104 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1996-cı ildə anadan olmuşduir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri X19 ******* nömrəli arayışdan görünür ki, X4 rayonu Piyadalar kəndində qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1111/2018 saylı qətnaməsindən görünür ki, X12 ilə cavabdeh Maraqlı şəxs arasında 03 avqust 2015-ci ildə Bərdə regional “ASAN- Xidmət” X7 185 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 oktyabr 2017-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay 120 manat məbləğində aliment tutularaq iddiaçı X8 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2506/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1111/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay 154 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Maraqlı şəxs tutulub X8 xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, aliment sabit pul miqdarında qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, 2(021)-2506/2019 saylı qətnaməsi qəbul edilən zaman “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il il tarixli 937 nömrəli Sərəncamı ilə Minimum aylıq əməkhaqqının məbləği 2018-ci ilin mart ayının 1-dən 180 manat müəyyən edilmişdir. Həmin il məhkəmə bir uşağın saxlanılması üçün 154 manat sabit pul miqdarında aliment qət etmişdir. O vaxt 154 manat aliment 180 manat minimum aylıq əmək haqqının təxminən 0.85 mislini (154 : 180 = 0.85) təşkil etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. X2 ərizəsi təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 2506/2019 saylı qətnaməsi ilə qət edilmiş aliment indeksasiya edilərək yetkinlik yaşına çatmayan 11 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs tələbkar X6 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən isə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 ərizəsi təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2506/2019 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs X6 xeyrinə tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.85 misli həddində indeksasiya olunsun. İndeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən etibarən başlansın. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardadın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar