Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-321/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədirliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Bərdə rayon icra şöbəsinin təqdimatının müzakirəsinə dair işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin e-2(021)-3188/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1078 manat pul tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icraya yönəldilmişdir və icra məmuru Məhəmmədəli Qasımzadə tərəfindən Bərdə Rayon İcra və probasiya şöbəsində icraata başlanmışdır. 18 may 2023-cü il tarixdə Bərdə Rayon İcra və probasiya şöbəsi icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 842-ci və 84.3-cü maddəsini rəhbər tutaraq, Borclu məcburi olaraq Bərdə rayon icra və probasiya şöbəsinə gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin e- 2(021)-3188/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədi Bərdə Rayon İcra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə borcun ödənilməsi və icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmurunun çağırışına gəlməmiş, habelə gəlməmisinin səbəblərinin üzrlü olması barədə icra şöbəsinə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bununla Borclu icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərini həyata keçirməkdən üzrsüz səbəbdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə sasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3188/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə icra tədbirlərini icra etməyərək, icra məmurunun çağırışına üzrsüz səbəblərdən gəlmədiyindən Borclu məcburi qaydada Bərdə rayon İcra və probasiya Şöbəsinə gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1999-cu ildə Bərdə rayonunda anadan olmuş, hazırda Bərdə rayonu, Gərənə kəndində yaşayan Borclu məcburi qaydada Bərdə rayon İcra və probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-321/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-321/2023
03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver