Məhkəmə qərarları › İş №8(021)-324/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-324/2023

06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-324/2023 06.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, təqdimat verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, tələbkar X1 və Borclu vəkili (nümayəndəsi) X2 iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Borclu 13000 (on üç min) manat pulun alınıb iddiaçı X1 xeyrinə verilməsi, cavabdeh Borclu işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilməli olan 129 (bir yüz iyirmi doqquz) manat pulun tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 nömrəli icra sənədinə əsasən xx.xx.1984-cü il tarixində anadan olmuş Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Bərdə rayon Lək kəndində yaşayan Borclu 13000 (on üç min) manat pul alınıb, iddiaçı X1 xeyrinə verilməli, Borclu işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilməli olan 129 (bir yüz iyirmi doqquz) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 8(021)-324/2023 saylı qərardadına əsasən təqdimat təmin edilmiş, xx.xx.1984-cü il tarixində anadan olmuş, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Bərdə rayon Lək kəndində yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququnun Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılması qərara alınmışdır. Borclu Bərdə Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 8(021)-324/2023 saylı qərardadından şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadına əsasən Borclu tərəfindən verilmiş şikayət təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 8(021)-324/2023 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında təqdimat verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsi üzrə açılmış icra işi onun icraatındadır. Məhkəmənin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verildiyindən icra sənədi üzrə icraat dayandırılmışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməzsə borclu ölkəni tərk edə bilər və icra sənədi uzun müddət icrasız qala bilər. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X3 göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsinə əsasən Borclu 13000 (on üç min) manat pul alınıb ona verilməlidir. Borclu məhkəmənin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermişdir. Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmazsa sonuncu ölkəni tərk edə bilər. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Borclu vəkili (nümayəndəsi) X4 göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsinə əsasən Borclu 13000 (on üç min) manat pulun alınıb X1 xeyrinə verilməsi qət edilmişdir. Borclu Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Barəsində qanuni qüvvəyə minən məhkəmə qətnaməsi olmadığından Borclu ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Ona görə də hesab edir ki, təqdimat əsassızdır, təmin edilməməlidir. Təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Borclu, 13000 (on üç min) manat pulun alınıb iddiaçı X1 xeyrinə verilməsi, cavabdeh Borclu işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilməli olan 129 (bir yüz iyirmi doqquz) manatın tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 “İcraata başlamaq haqqında” 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 14 aprel 2023-cü il tarixli 83826/2023-43-11-005 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığında qanunauyğun qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Ağdam Rayon Məhkəməsinin 19 may 2023 və 31 may 2023-cü il tarixli məktublarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)- 522/2023 saylı qətnaməsindən cavabdeh Borclu verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 13000 (on üç min) manat pulun alınıb iddiaçı X1 xeyrinə verilməsi, cavabdeh Borclu işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilməli olan 129 (bir yüz iyirmi doqquz) manatın tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmurunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən icra sənədi icraata götürülmüşdür. İcra sənədi icraata götürüldükdən sonra Borclu Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və hazırda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.7-ci maddəsinə görə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 19.1.6-cı maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Məhkəmə hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(013)-522/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyindən və qeyd olunan mülki iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğundan, yəni iddiaçı X1 cavabdeh Borclu qarşı pul tələbinə dair mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığından Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar