Məhkəmə qərarları › İş №8(021)-324/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-324/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-324/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi haqqında xx.xx.2025-ci il tarixli ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizənin məzmunu: Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən tələbkar X9 xx.xx.2006-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin tələbkar X2 şəhəri İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd edilən qətnamədə tələbkarın ərdə şəhəri İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin hansı otaqlarına köçürülməsi qeyd edilməmişdir. Göstərilənlərə əsasən Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar tələbkarın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hansı otağına köçürülməsi barədə izah verilməsini xahiş edir. Tərəflərin iştirakı: Ərizəçi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, ərizə təmin olunmalı və qətnaməyə izah verilməlidir. Qətnamənin məzmunu: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-256/2024 nömrəli qətnaməsindən görünür ki, X4 və X5 cavabdeh X6 qarşı “evə köçmə” tələbinə dair iddiası təmin edilmiş, X9 xx.xx.2006-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, X2 şəhəri İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İstinad edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-256/2024 nömrəli qətnaməsində iddiaçıların otaqlara deyil, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Müvafiq izahın verilməsi isə qətnamənin məzmununu dəyişə bilər. Bu səbəbdən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə izah verilməsi haqqında xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməməli, müvafiq izah verilməsindən imtina edilməlidir. MPM-nin 230.5-ci maddəsinə görə, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi haqqında xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar