Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-325/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Borclu iştirakı ilə, “Bərdə rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barətə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)- 404/2023 nömrəli qərardadı ilə “VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021) 1921/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu, X2 və X4 qızıl-zinət əşyaları olmadığı halda dəyəri 4170 manat pul alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. Tələbin təmin edilməsi üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-404/2023 nömrəli qərardadı ilə “VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu tərəfindən borcu tam ödənildiyindən və yaranmış zərurət aradan qalxdığı üçün borclunun əmlakın yömnəldilmə zərurəti aradan qalxmışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021) 1921/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Borclu, X2 və X4 qızıl-zinət əşyaları olmadığı halda dəyəri 4170 manat pul alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-404/2023 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla Borclu mülkiyyətində olan VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X3 Bərdə Rayon İcra və Probasiya Şöbəsinə yazmış olduğu ərizədən görünür ki, icra sənədi üzrə tələb tam təmin olunaraq ona olan borc tam ödənilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına artıq heç bir zərurət qalmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə əmlakın üzərindəki həbsin götürülməsi onun gələcəkdə icrasına da çətinlik yaratmır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №8(021)-325/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-325/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver