Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-327/2025 21.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1090/2011 saylı 26 oktyabr 2011-ci il tarixli icra sənədi əsi üzrə Borclu Bərdə rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2024-cü ci il tarixli qərarın ləğvi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1090/2011 saylı 26 oktyabr 2011-ci il tarixli qətnaməsi üzrə Borclu oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun əmlakı ( nəqliyyat vasitəsinin) üzərinə həbs qoyulması haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, xx.xx.2009-cu ildə "xxxx" MMC BOKT-da ünvan 1 ünvanda yerləşən evini girov qoymaqla xx.xx.2009-cu il tarixli kredit müqaviləsi ilə15000 (on beş min) manat kredit götürmüş. Kreditin bir hissəsini ödəyib bitirsə də, maddi vəziyyətində yaranan problemlər səbəbilə krediti ödəməyə davam etməkdə çətinliyi yaranmış, bunun üçün də “İcraçı Kredit Agentliyi" MMC BOKT onu məhkəməyə vermişdir. Sonradan krediti ödəməyə davam eləmiş, 2012-ci il tarixdə krediti tamamilə ödəyib bitirmiş, təmizlik kağızı da almaq üçün 35 (otuz beş) manat rüsum ödəyərək ünvan 2 ünvanda yerləşən evin sənədlərini şəxsən təhvil almışdır. Lakin 4-5 ay bundan əvvəl ona məxsus olan Lexus LX470 markalı, 99BF799 dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulmuş, İcraçı Kredit Agentliyi MMC BOKT kredit ödənişi gecikdirmə səbəbilə onun maşınına həbs qoydurub, bu məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixdə "xxxx" MMC BOKT-a məktub ünvanlayaraq məsələnin araşdırılmasını və maşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. "xxxx" MMC BOKT ona 07 oktyabr 2024-cü il tarixdə ünvanladığı 376 nömrəli məktubla bildirir ki, aldığı kredit üzrə qalan cəmi 10.658.17 manat vəsaitin “İcraçı Kredit Agentliyi" MMC BOKT-na ödənilməsi barədə xx.xx.2011-ci il tarixli 2(104)- 1090/2011 saylı məhkəmə qərarı qəbu olunmuş və icraata göndərilmişdir. Keçən müddət ərzində "xxxx" MMC BOKT-yə bu borcla bağlı ödənişlər qeydə alınmayıb..Aradan 10 ildən çox vaxt keçib. həmin zamanlarda heç maşını olmamışdır. Bu qədər müddət ərzində hansı kredit təşkilatı borcun ödənilməsini gözləyər? Hansı kredit təşkilatı borcunu ödəməyən adama girov qoyduğu evin sənədlərini geri qaytarar? Gəncə Apelyasiya Məhkəməsinin sözügedən icra vərəqəsinin olması qanunsuzluqdur. Bildirir ki, öhdəsində psixoloji xəstəliyi olan qızı var. Qızının 2 məktəbli övladı da var. Həyat yoldaşı onda psixoloji problemlər olduğu üçün onu atıb çıxıb gedib. İllərdir ki, mən qızına da, onun övladlarına da təkbaşına baxır. Qızının müalicəsi, onun övladlarının məktəb və hazırlıq xərcləri – bütün bu yüklər hamısı onun boynundadır. Lexus LX470 markalı, 99BF799 dövlət qeydiyyat nişanlı avtomobil mənim çörək ağacıdır. Onun vasitəsilə çörək qazanır, ailəsini dolandırıram. Həmin maşının üzərinə həbs qoyulması haqsızlıq və ədalətsizlikdir. Odur ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun əmlakı ( nəqliyyat vasitəsinin ) üzərinə həbs qoyulması haqqında qərarın ləğv edilməsini xahiş edir. Ərizəyə baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətovanın borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apelyyasiya Məhkəməsinin 2(104)-1090/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1968-ci il təvəllüdlü, Bərdə şəh, C.Məmmədquluzadə küç 155 ünvanında yaşayan Borclu Sattar qızının oğlunun mülkiyyətində olan FORT **-TX-*** dövlət qeydiyyat nişanlı, "LEXUS LX470 minik" TRANSİT yük markalı, **-TX-*** dövlət markalı, 99-BF-99 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ V220 CDİ minik"markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs (nəzarət) qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Apelyyasiya Məhkəməsinin 2(104)-1090/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 15678,17 pul vəsaiti tutularaq tələbkar “İcraçı Kredit İttifaqı" MMC-nin xeyrinə ödənilməlidir. Elektron icra sistemi çıxarışından Borclu mülkiyyətində FORT **-TX-*** dövlət qeydiyyat nişanlı, "LEXUS LX470 minik" TRANSİT yük markalı, **-TX-*** dövlət markalı, 99-BF-99 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ V220 CDİ minik"markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu göstərilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək və borclu tərəfindən həmin əmlakın özgəninkiləşdirilməməsi məqsədi ilə sözü gedən avtomobilin üzərinə həbs(nəzarət) qoyulması zərurəti yaranmışdır. "İcra Haqqında" Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1090/2011 saylı 26 oktyabr 2011-ci il tarixli qətnaməsi üzrə Borclu oğlunun ərizəsi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, icra sənədi üzrə müəyyən olunmuş öhdəlik icra olunmamış olaraq qalır. Bu halda, borclunun əmlakı üzərinə həbsin qoyulması qanunauyğun hesab olunmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1090/2011 saylı 26 oktyabr 2011-ci il tarixli icra sənədi üzrə Borclu Bərdə rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2024-cü ci il tarixli qərarın ləğvi barədə ərizəsi təmin edilməsin. Bərdə rayon icra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli əmlakın üzərinə həbs qoyulması barədə qərarı qanuni hesab edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-327/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-327/2025
21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver