Məhkəmə qərarları › İş №8(021)-328/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-328/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-328/2025 14.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, ərizəçi X3 iştirakı ilə, X1 Borclu qarşı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(021)-3742/2024 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon xx.xx.2024-cü il tarixli, 2(021)-3742/2024 saylı icra sənədi üzrə icraatın təzələnməsinə və Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında “ 19 may 2025-ci il tarixli qərarının ləğv edilərək həmin icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbi Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021) 3742/2024 saylı qətnaməsi ilə təmin edilərək cavabdeh Borclu birgə nikahdan övladları olan xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 manat sabit pul məbləğindəl aliment alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2(021)- 3742/2024 saylı icra sənədi verilərək onun icrası mərhələsində olarkən cavabdehlə barışıb yenidən bir yerdə yaşadıqlarına görə o Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2025-ci il tarixli ərizə il əmüraciət edərək razılaşdıqları nəzərə alınaraq icra sənədi üzrə icraat dayandırılmışdır. Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinin 19 may 2025-ci il tarixli qərarına əsasən həmin icra sənədi Bərdə rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin cavabdeh verdiyi vədlərə və razılaşmalarına əməl etməyərək əvvəl zamanlardakı kimi eyş-işrətlə məşğul olur, qazancını yemək içməyə xərcləyərək ailəyə baxmır, uşaqların heç bir maddi tələbatını ödəmir. Beləliklə cavabdehin onu aldadaraq Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə barışıq razılaşmaqları barədə ərizə verdiyi məlum olmuşdur. Halhazırda cavabdehlə ayrılmış birgə yaşamırlar və azyaşlı övladı X9 ilə birlikdə faktiki olaraq Bərdə rayonu Qaradəmirçi kəndində valideyinlərinin yanında yaşayırlar. Məhkəmə iclasında tələbkar X5 ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində boclu Borclu və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilsə də, məhkəmə bildirişləri vasitəsilə məlumat göndərilsə də, borclu və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Ərizəyə əlavə olunmuş sənədlər: İş materiallarına əlavə edilmiş AA1572565 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1988-ci ildə anadan olmuşdur. Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Neymət Mustafayevin 19 may 2025-ci il tarixli, icra sənədinin qaytarılması barədə qərarından görünür ki, icra sənədi üzrə tələbkar X5 xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3742/2024 saylı icra sənədi Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin Qanunun 23-cü maddəsində göstərilir: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir 23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə üzrə icra edilməli öhdəlik vaxtaşırı icra edilməli öhdəliklər kateqoriyasına daxildir. Tərəflər yenidən ayrılmış, və tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2020-ci il təvəllüdlü X8 tələbkar X4 himayəsində yaşayır. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Ağcəbədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3742/2024 saylı icra vərəqəsi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Ağcəbədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3742/2024-007 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar