Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-330/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1 iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin "borclunun əmlakı üzərinə həbs qoyulması haqqında" xx.xx.2025-ci il tarixli qərarın ləğvi “barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X7 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon İcra Şöbəsinin icra məmuru X2 qəbul etdiyi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğvinə və mülkiyyət hüququ ilə ona məxsus olan “VAZ2120” markalı, 02- BO_586 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun barəsində Bərdə rayon məhkəməsində e2(021) 1961/2025 saylı, 0xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsini 24 iyul 2025-ci il taruxdə məhkəmədən qəbzə imza edərək əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü və 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunanhallar ostisna olmaqla məhkəmə qətnaməsində şikayət verilməmişdrisə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəsini alır. Bərdə Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessuakl Məcəlləsində qeyd edilən şikayət vermə müddətini gözləmədən qətnamə çıxarıldığı tarixdə yəni 02.6.2025-ci il tarixdıə iş üzrə e-2(021) -1961/2025 saylı icra vərəqəsi vermişdir. İş icra məmuru Məhəmmədli Qasımzadənin icraatındadır. Bərdə rayon məhkəməsi onun müdafiə hüququnu pozaraq iş üzrə dərhal icra vərəqəsi verməklə prosesual müddəti gözləmədən məhkəmə müdafiəsi hüququnu pozaraq iş üzrə dərhal icra vərəqəsi verməklə icra məmuru Məhəmmədəli Qasımzadə tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbulu ilə nəticələnən ona məxsus “VAZ2120” markalı, 02- BO_586 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininüzərinə həbs qoyulmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, 28 iyul 2025-ci il tarixdə electron kabinetlə Bərdə rayon Məhkəməsinin e-2(021) 1961/2025 saylı, xx.xx.2025-ci il tarixli qətbnaməsində apellyasiya qaydasında şikayət verilmiş həmin şikayətlə bağlı xx.xx.2025ci il tarixdə Gəncə Apellyasiya məhkəməsinə mülki işin göndərilməsinə dair e-2(021) 1961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Qərardad və məhkəmənin icraya yönəlmiş məktubu icra məmuiruna təqdim edilmişdir ki, nəqliyyat vasitəsinin üzərindən həbs götürülsün. Təssüf ki icra məmuru mİcra haqqında Azərbaycan REspublikası Qanunun 17-ci maddəsibib tələblərini pozaraq ica hərəkətinin dayandırılması və həbsin ləğvi ilə bağlı qərar qəbul etməkdən imtina etmişdir. Belə olduqda icra məmuru M.Qasımzadənin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğvinə dair məhkəmə qərarının qəbul edilməsini zəruri, qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, hal-hazırda sözügedən icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmə tərəfindən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib ş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəsinə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin e-2(021)-1961/2025 saylı 08 avqust 2025-ci il tarixli məhktubundan görünür ki, Bərdə rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(021) 1961/2025 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün e-2(021)-1961/2025 nömrəli mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-1961/2025 saylı 18 iyul 2025-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan “VAZ21120 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin e- 2(021)-1961/2025 saylı 18 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1694/2025 saylı 22 avqust 2025-ci il tarixli qərardadına əsasən mümkün hesab edilərək icraata qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(021)-1961/2025 nömrəli qətnaməsi üzrə X1 ərizəsi təmin edilməldiir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. X1 mülkiyyətində olan “VAZ21120 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №8(021)-330/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-330/2025
22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver