Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-331/2025 20.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, Bərdə rayon Məhkəməsinin e-2(021)-1571/2025 saylı 15 aprel 2025-ci il tarixli qətnaməsi üzrə X1 “Bərdə rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğvi “ barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon Məhkəməsinin e-2(021)-1571/2025 saylı 15 aprel 2025-ci il tarixli qətnaməsi üzrə X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 qəbul etdiyi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğvi və mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai Santafe minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsi prosessual müddət gözləmədən, məhkəmə müdafiə hüququnu pozaraq iş üzrə dərhal icra vərəqəsi vermiş, icra məmuru M.Qasımzadə tərəfindən "borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarı qəbul edilərək, ona məxsus Hyundai Santafe minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyuilmuşdur. 16 iyul 2025-ci il tarixi elektron kabinetlə Bərdə rayon məhkəməsinin 2(021)-1571/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya qaydasında şikayət verilmiş, həmin həmin şikayətlə bağlı xx.xx.2025-ci il tarixdə Gəncǝ Apellyasiya Məhkəməsinə mülki işin göndərilməsinə dair e-2(021)-1571/2025 saylı 24 07 2025-ci tarixli qərardad qəbul olunmuşdur. Təssüf ki, icra məmuru icra haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin (17.1.7. İcraatda olan iş üzrə qəbul olunmu məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələri icraatına qəbul olunduqda) tələblərini pozaraq icra hərəkətinin dayandırlması və həbsin ləğvi ilə bağlı qərar qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, icra məmuru M.Qasımzadənin "borclunun əmlakı üzərinə həbs qoyulma haqqında" xx.xx.2025-ci il tarixli qərarının ləğvinə dair məhkəmə qərarının qəbulu zəruridir. Ərizəyə baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə və icra məmuruna məlumat verilmiş, lakin icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. X3 məhkəmə iclasında bildirdi ki, həmin qətnamə onun tərəfindən qəbul edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmişdir. Hesab edir ki, hal-hazırda ona məxsus avtomaşının üzərinə qoyulmuş həbs qanuni qüvvvəsinin almamış icra sənədi əsasında həyata keçirilmişdir. Bu səbəbdən həbs qoyulması barədə qərarın ləğvini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəsinə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin e-2(021)-1571/2025 saylı 15 aprel 2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 07 yanvar 2020-ci il tarixli, BRK5686910 saylı müqaviləyə əsasən 256 (iki yüz əlli altı) manat pul məbləği tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi, cavabdeh X4 iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin e-2(021)-1571/2025 saylı 15 aprel 2025-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan Hyundai Santafe minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Soliton LTD MMC-nin cavabdeh X6 qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2(021)-1571/2025 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1652/2025 saylı 15 avqust 2025-ci il tarixli qərardadına əsasən mümkün hesab edilərək icraata qəbul edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1571/2025 saylı qərardadına əsasən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Belə ki, iş materiallarına əsasən məhkəmə qətnaməsi onun tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin e- 2(021)-1571/2025 saylı 15 aprel 2025-ci il tarixli qətnaməsi üzrə X1 ərizəsi təmin edilməldiir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin X1 mülkiyyətində olan Hyundai Santafe minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-331/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-331/2025
20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver