Məhkəmə qərarları › İş №8(021)-336/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-336/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-336/2024 10.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1507/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatını və təqdimata əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1507/2023 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış borcun könüllü icra etməsi barədə xəbərdarlıq təqdimata əlavə olunmuşsa da, borclunun həmin xəbərdarlıq məktubundan məlumatının olması iş materialından müəyyən olunmur. Həmçinin təqdimata əlavə olunmuş elektron icra sistemindən çıxarışda borclunun əmlak vəziyyətini əks etdirən məlumatlar qeyd edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, təqdimat düzgün formada tərtib olunmamış, təqdimatı əsaslandıran hallara dair sübutlar məhkəməyə natamam təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1507/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1507/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar